"Microsoft" və "Dropbox" şirkətləri müqavilə imzalayıblar 2014-12-04 15:21:42 / KONFRANSLAR

"Microsoft" və "Dropbox" şirkətləri Dropbox-un Office xidməti ilə sıx inteqrasiyanı həyata keçirmək məqsədilə müqavilə imzalayıblar. Bu birlik Office-in masaüstü, mobil və ya veb-əlavələrilə işləyən Dropbox istifadəçilərinin köməyinə çatacaq. Müəyyən müddətdən sonra Office paketinin bütün əlavələrində Dropbox buludunda saxlanılan Word, Excel və PowerPoint fayllarını redaktə etmək üçün standart üsul olacaq. Apple planşetləri üçün Office proqramına yenilənmə əlavə olunacaq ki, bu da  Dropbox istifadəçilərinə öz istifadəçi hesablarını iPad-dəki Word, Excel və PowerPoint ilə birbaşa əlaqələndirməyə imkan verəcək.

 

Office Engineering komandasının rəhbəri Kirk Keninqsber "Dropbox materiallarına giriş Office-in iPad üçün nəzərdə tutulmuş versiyası istifadəçilərinin ilk və əsas tələblərindən biridir. Onlar öz kontentlərinin saxlanıldığı yerə giriş əldə etmək istəyirdilər. Biz istifadəçiləri rahat mühitlə təmin etmək üçün bunu reallaşdırdıq" - deyə bildirib. 

 

3dnews.ru saytının məlumatına görə, 2015-ci ilin birinci yarısında Dropbox Office Online veb-əlavələrini birbaşa öz veb-əlavələrindən dəstəkləməyi reallaşdırmaq niyyətindədir. Word, Excel, PowerPoint sənədlərinin redaktə olunması Microsoft Office Web Apps (Office Online) vasitəsilə həyata keçiriləcək, bütün dəyişikliklər isə geriyə yadda saxlanılacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024