2018-ci ilin ən qabaqcıl 10 texnologiyası 2018-03-06 10:00:00 / MARAQLI MƏLUMATLAR

Analitiklər cari ilin ən qabaqcıl və perspektivli 10 texnologiyasını müəyyənləşdiriblər. Bu texnologiyaların hər biri ayrılıqda dünyanı dəyişdirmək qabiliyyətinə malikdir.

belta.by saytının məlumatına görə, ilk pillədə metalların “3D” çap texnologiyası qərarlaşıb. Bundan əvvəl yalnız plastik materialların “3D” çapı mümkün idi. İnsanın uzun müddət yaşaması proseslərinin öyrənilməsinə təsir göstərə bilən siçan embrionlarının gövdə hüceyrələri üzrə tədqiqatı ikinci pillədə qərarlaşıb.

“Google” şirkətinin “Sidewalk Labs” adlı “ağıllı” şəhər layihəsi üçüncü pilləni tutub. Süni intellekt və neyron şəbəkələri isə reytinqdə növbəti yerləri bölüşdürüblər.

Həmçinin ilk onluqda “Google” şirkətinin “Pixel Buds” qulaqcıqları və qaz elektrik stansiyaları yerləşib. İnternetdə məxfiliyi təmin edən, genotip üzrə gələcəyi proqnozlaşdıran texnologiyalar və kvant kompüterləri sabit maraq doğurur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024