“MWC-2018” sərgisi keçirilir 2018-03-02 11:00:00 / MARAQLI MƏLUMATLAR

Ənənəvi olaraq hər il İspaniyanın Barselona şəhərində keçirilən, mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress” (MWC-2018) cari ildə 26 fevral – 1 mart tarixlərinə təsadüf edir.

Hər il olduğu kimi, bu il də dünyanın nəhəng şirkətlərinə məxsus məhsullarının təqdim olunduğu sərgi smartfon həvəskarlarını bir araya toplayıb.

Sərgidə xüsusilə “Samsung” şirkətinin flaqman smartfonu və planşeti, “Nokia”nın ən sərfəli və yüksək dəyərə malik smartfonları, “Alcatel”in çərçivəsiz smartfonu, eləcə də “Sony”, “LG”, “Huawei”, “Asus”, “Motorola”, “ZTE” şirkətlərinin təqdim etdiyi smartfonlar diqqət cəlb edib.

Sərgidə, həmçinin virtual və əlavə reallıq əsasında hazırlanan texnologiyalara böyük önəm verilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024