Yeni smartfon öz sahibini izlənilməkdən mühafizə edir 2018-03-01 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “DarkMatter” beynəlxalq təşkilatının mütəxəssisləri öz sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar. Bunun üçün hər hansı bir şəxslə məxfi söhbət zamanı qadcetin mikrofon və kamerasını söndürmək lazımdır.

dni24.com saytının məlumatına görə, “Android” əməliyyat sistemi ilə işləyən “Katim” smartfonu zənglərin, İnternet vasitəsilə göndərilən və qəbul edilən ismarıcların şifrələnməsini təmin edə bilir. Qadcet mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress”də nümayiş etdirilib.

Böyük şirkət və ya təşkilatlarda əhəmiyyətli danışıqlar aparılan zaman məlumat sızmasının qarşısının alınması üçün iştirakçılardan öz smartfonlarını başqa yerdə qoymaq tələb edilir. Yeni smartfon bu kimi vəziyyətlərdə mühafizəni təmin edə bilər. Bunun üçün smartfonun yan panelində yerləşən düyməni basmaq lazımdır ki, onun mikrofon və kamerası avtomatik olaraq sönsün.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017