Dissertasiya Şurasının növbəti iclası keçirildi 2014-12-03 17:01:46 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.

 

Şuranın sədri, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 1203.01 - “Kompüter elmləri” ixtisasları üzrə dissertasiya işləri üzrə rəsmi opponentlər, aparıcı təşkilat və müdafiə tarixinin təyin olunması məsələlərinə həsr edildiyini bildirdi.

 

İddiaçı Rəna Qasımovanın “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat isə BDU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası təsdiq edildi. 

 

Digər iddiaçı Aytən Hüseynovanın “Korporativ kompüter şəbəkələrində İnternet xidmətlərin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” dissertasiya işi üzrə rəsmi opponentlər texnika elmləri doktoru Nadir Ağayev və Azərbaycan Dövlət Texniki Universitetinin "Kompüter sistemləri və şəbəkələri" kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Müzəffər İsmayılov, aparıcı təşkilat isə AMEA İdarəetmə Sistemləri İnstitutu təsdiq olundu.

 

Səkinə Ağazadənin “Tibb müəssisələrinin fəaliyyətinin səmərəliyinə informasiya sistemlərinin təsirinin qiymətləndirilməsi üçün model və metodların işlənilməsi” dissertasiya işi üzrə isə rəsmi opponentlər texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Sədaqət Şükürlü, aparıcı təşkilat isə Azərbaycan Dövlət Texniki Universitetinin "Kompüter sistemləri və şəbəkələri" kafedrası təsdiq olundu.

 

Dissertasiya işləri üzrə müdafiə 12 dekabr 2014-cü il tarixinə təyin olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024