Kompüter klaviaturadan istifadə xüsusiyyətlərinə görə insanların cinsini tanıya bilir 2018-02-22 10:00:00 / MARAQLI MƏLUMATLAR

Klaviaturada mətnin yığılması xüsusiyyəti individualdır, lakin qadınlar və kişilərdə cinsi 95 faiz dəqiqliklə müəyyən etməyə imkan verən ümumi xüsusiyyətlər mövcuddur. 

Yunanınstanın Demokrit Universitetindən İoannis Simperidis (Ioannis Tsimperidis) və onun həmkarları 75 könüllü (36 kişi və 39 qadın) üzərində araşdırmalar aparıblar. Onların kompüterlərinə 10 ay ərzində klavişə hər toxunmanı fiksasiya edən, xüsusi olaraq hazırlanmış “IRecU” proqram-keyloqqerləri quraşdırılıb.

Toplanmış fayllar “ISqueezeU” statistik analiz proqramı ilə təhlil edilib. O, mətnin yığılmasının müxtəlif xüsusiyyətləri ilə insanın cinsinin mümkün korrelyasiyalarını (iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqə) qiymətləndirməyə imkan verib: düymələrin sıxılma zamanı, hərflər arasında fasilələr və s.

Analizlər göstərib ki, bu xarakteristikalardan bəziləri həqiqətən də cins ilə korrelyasiya edilir. “Digital Investigation” jurnalı tərəfindən dərc edilmiş məqalədə alimlər belə xüsusiyyətlər arasında N, onun ardınca O, həmçinin M və O klavişlərinin sıxılması arasındakı fasiləni qeyd ediblər.

naked-science.ru saytının məlumatına görə, bu xarakteristikalar və onlarla bağlı olan çəki əmsalları 78 faizdən çox dəqiqliklə istifadəçinin cinsiyyəti təyin edə bilən (onlardan ən müvəffəqiyyətlinin məhsuldarlığı 95 faizi ötüb) beş müxtəlif neyroşəbəkənin öyrənilməsi üçün istifadə olunub. 

Müəlliflər hesab edirlər ki, istifadəçinin cinsinin təyini analizi polis araşdırmaları və ya reklam kampaniyalarının hədəf planlaşdırılması üçün alət ola bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024