"Bakı Elm Festivalı-2014"də institutun fəaliyyətini əks etdirən stend nümayiş olunub 2014-12-02 12:05:02 / KONFRANSLAR

10-11 noyabr tarixlərdə Azərbaycanda ilk dəfə "Bakı Elm Festivalı-2014" keçirilir. 

 

Festivalın birinci günü proqrama daxil olan istiqamətlərdə Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya və digər muzeylərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və başqa ali təhsil müəssisələrində 23 elmi-populyar mühazirələr dinlənilib. Bu gün isə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulur.

 

Qeyd edək ki, festivalda AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətini əks etdirən stend və videoçarx də nümayiş olunub. Qonaqlara institutda aparılan elmi-tədqiqat, elmi-innovasiya işlərinin nəticələrini əks etdirən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024