10 GB əməli yaddaşa malik ilk smartfon hazırlanır 2018-01-03 16:00:00 / MARAQLI MƏLUMATLAR

Çinin “Vivo” şirkətinin mütəxəssisləri tərəfindən 10 GB əməli yaddaşa malik ilk smartfon hazırlanır.

news.rambler.ru saytının məlumatına görə, “Vivo Xplay 7” 512 GB daimi yaddaş, ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 845” mikroprosessoru, 4K formatlı displey, həmçinin “Vivo X20 Plus UD” modeli kimi displeyə inteqrasiya edilmiş barmaq izləri skaneri ilə təchiz ediləcək. Yeni smartfon sahibini öz sələflərindən daha tez tanıyacaq.

Daktiloskopik sensor yeganə identifikasiya metodu olmayacaq. Belə ki, istehsalçılar son tendensiyaları izləyərək, qurğunun təhlükəsizlik sistemini “Face Unlock” ikinci nəsil sifətin tanınması texnologiyası ilə tamamlamağı planlaşdırırlar. “Vivo Xplay 7” smartfonunun satışa çıxarılma tarixi və qiyməti hələ ki, məlum deyil.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024