Yel mühərrikli avtomobilin konsepti təqdim olunub 2018-01-30 11:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

İnsanlar əsrlər boyu küləyin gücündən gəmiləri dənizə yerləşdirmək üçün istifadə ediblər. Bu yaxınlarda isə hərəkət gücü kimi küləkdən istifadə etmək imkanına malik nəqliyyat vasitəsinin konsepti təqdim olunub. Bu avtomobil hətta küləyin istiqamətinə qarşı hərəkət edə bilir. Avtomobilin konseptini ABŞ mühəndisi Kayl Karstens hazırlayıb və onun kiçildilmiş modelini 3D-printerdə çap edib.

hi-news.ru saytının məlumatına görə, küləyin gücü ilə hərəkət edən avtomobilin eksperimental modeli “Defy the Wind” (“küləyə qarşı çıxmaq”) adlandırılıb. O, özündə dördtəkərli platformanı, həmçinin dörd konusşəkilli kasadan ibarət olan qeyri-adi fırlanan yelkəni ehtiva edir. Bu forma və yelkənin yelqovan qurğusu sayəsində avtomobil asanlıqla hətta küləyin istiqamətinə qarşı hərəkət edə bilir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017