“Chrome” əməliyyat sistemi ilə işləyən ilk planşet hazırlanıb 2018-01-29 12:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Londonda keçirilən “BETT 2018” təhsil və texnologiya sərgisinin ziyarətçilərindən biri əvvəllər yalnız noutbuklara quraşdırılan “Chrome” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk planşetin təsvirini dərc edib.

hitech.vesti.ru saytının məlumatına görə, yeni planşetlə bağlı heç bir məlumat verilməyib. “ChromeUnboxed” nəşri yazır ki, planşetin ekranının ölçüsü təxminən 8-10 düym təşkil edir. Həmçinin qurğu “Staedtler” stilusunun köməyilə daxiletməni dəstəkləyir.

“Google” artıq 1 ildir ki, “Chrome” əməliyyat sisteminin planşetlər üçün uyğunlaşdırılması ilə məşğul olur. İlk modellərin “Google I/O” konfransında nümayiş etdiriləcəyi gözlənilir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017