Gələcəyin smartfonları 2018-01-26 10:00:00 / MARAQLI MƏLUMATLAR

ABŞ analitikləri gələcəyin smartfonları haqda yeni hesabat hazırlayıblar. İlkin proqnozlara əsasən, 2023-cü ildə bütün smartfonlar süni intellektə malik olacaq.

vladtime.ru saytının məlumatında bildirilir ki, 2023-cü ildə qiymətindən asılı olmayaraq, bütün smartfonlar “ağıllı” çiplərlə təchiz ediləcək. Smartfonlardan ev, ofis və otel otaqlarına, həmçinin avtomobil, avtobus və bank xidmətlərinə çıxışın autentifikasiyası üçün istifadə olunacaq.

Smartfonlara quraşdırılmış GPS-qəbuledicilər daha dəqiq işləyəcək. Orta səviyyəli smartfon 128 Gb və ya daha çox yaddaş tutumuna malik olacaq. Əməli yaddaşın həcmi isə 2-16 Gb təşkil edəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024