Barmaq izlərinin skan edilməsinin yeni texnologiyası təqdim edilib 2018-01-25 14:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Japan Display Inc.” tutumlu texnologiya əsasında hazırlanmış, şüşə altında quraşdırılmış daktiloskopik skanerin ilk prototipini təqdim edib. Bu texnologiya etibarlı təhlükəsizlik sisteminin vacib olduğu müxtəlif devays və qadcetlərə tətbiq ediləcək.

dni24.com saytının məlumatına görə, “Pixel Eyes” adlı skanerin ölçüləri 8x8 mm təşkil edir. Sensor çox həssas olduğundan insanın ən kiçik toxunuşlarına belə reaksiya verir.

Qeyd edilib ki, yeni texnologiya Çinin “Vivo” şirkətinin “Synaptics” texnologiyasından fərqlənir. İkinci variant sadəcə ekranın altında quraşdırılmış skanerdir. Yaponiya istehsalçılarının hazırladıqları skaner isə barmaq izlərinin skan edilməsi üçün ayrıca aktiv sahədir. Yeni texnologiyanın tətbiqinə növbəti ildən başlanılacağı bildirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024