Jestləri musiqi effektlərinə çevirən üzük hazırlanıb 2018-01-18 10:47:00 / MARAQLI MƏLUMATLAR

Fransanın “Enhancia” şirkətinin mütəxəssisləri jestləri musiqi effektlərinə çevirən üzüyü təqdim ediblər. Qurğu adi MIDI klaviaturada ifa edərək, musiqi effektləri yaratmağa və müəyyən notların səslənməsinin intensivliyinə təsir etməyə imkan verir. Bu, barmaqları klavişlər boyunca yuxarı sürüşdürmə və əli titrətmə yolu ilə edilir.

robo-hunter.com saytının məlumatına görə, üzüyə inteqrasiya olunmuş 9 sensor əlin hərəkətlərini oxuyur və əldə edilmiş informasiyanı klaviaturaya qoşulan konsentratora göndərir. Təqdim edilmiş prototipdə konsentrator klaviaturaya sim vasitəsilə qoşulub. Lakin istehsalçılar bildiriblər ki, qurğu satışa çıxarılan zaman tamamilə simsiz olacaq. “Enhancia” üzüyünü mart ayından etibarən, “Kickstarter” platformasından sifariş etmək mümkün olacaq. Qurğunun qiyməti hələ ki, müəyyənləşdirilməyib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024