“Google” ödənişsiz onlayn İT-kurs təşkil edəcək 2018-01-18 10:45:00 / MARAQLI MƏLUMATLAR

“Google” korporasiyası “Coursera” platforması ilə birlikdə ödənişsiz onlayn kurs təşkil edəcək. 8-12 ay davam edəcək kurs sayəsində arzu edən hər kəs nüfuzlu İT-şirkətdə vəzifəyə namizəd ola biləcək.

dni24.com saytının məlumatına görə, İT üzrə onlayn proqram 10 min insan üçün nəzərdə tutulub. Kursda iştirak etmək üçün İT sahəsi üzrə təhsil, hazırlıq və iş təcrübəsi tələb olunmur. Bu proqrama milyard dollar sərmayə qoyulub. “Google” istehsalçıları bildiriblər ki, müvafiq kurs süni intellekt sahəsində kadr çatışmazlığı, eləcə də hər il ixtisassız əməkdaşların iş yerlərindən məhrum edilmələrinə görə təşkil edilib.

Təlim kursu hazırda şirkətin personalına kömək edən xüsusi metodlar əsasında düşünülüb. Kurs xüsusi virtual laboratoriyalarda keçiriləcək. Namizədlər kursu keçdikdən sonra böyük və tanınmış İT-şirkətlərdə işləyə biləcəklər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024