Süni intellekt mətnin mənimsənilməsində insanları üstələyib 2018-01-16 11:34:00 / MARAQLI MƏLUMATLAR

Çin şirkəti “Alibaba Group” tərəfindən daha mükəmməl süni intellekt yaradılıb. Belə ki, sınaqların nəticələrinə əsasən, o, yeni materialı daha yaxşı oxuyur və mənimsəyir. Oxuduqdan sonra insan və neyroşəbəkəyə oxunmuş materialın qavrama səviyyəsini aşkar edən testi keçmək təklif edilib. 

Test Stenford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Məhz bu test mətnlərin koqnitiv emalı sahəsində ən mürəkkəb sınaqlardan biri kimi tanınır. O, Vikipediya virtual ensiklopediyasında yer alan 500-dən çox məqaləyə əsaslanan yüz mindən çox müxtəlif məsələni və cavabı özündə ehtiva edir.

belta.by saytının məlumatına görə, insanların bu testi keçərkən çatdıqları maksimal səviyyə 82,304 bal təşkil edir. Kompüter isə qoyulmuş məsələnin öhdəsindən 82,44 balda gəlib. Alimlər artıq bu nəticəni “dönüş nöqtəsi” adlandırırlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023