Diaqnostik laboratoriyanı əvəz edə bilən kapsul hazırlanıb 2018-01-11 10:54:00 / TEXNOLOJİ YENİLİKLƏR

Avstraliyanın Melburn Texnologiya Universitetinin mütəxəssisləri unikal kapsul yaradıblar. Bədəndə qazların konsentrasiyasının tam analizinin əldə edilməsi üçün onu udmaq lazımdır. Kapsul insanın bağırsaqlarında olan oksigen, hidrogen və karbon qazını, həmçinin bağırsaqların mikroflorasının tərkibini analiz edir.

meddaily.ru saytının məlumatına görə, güclü diaqnostik vasitə pəhriz və ya tibbi preparatların orqanizmə təsiri haqqında məlumat verə bilir. Tamamilə təhlükəsiz olan qurğu daxilində aerob və anaerob şəraitdə işləyən sensorlar, temperatur sensoru, mikrokontroller, ötürücü və batareyalar olan polietilen örtükdən ibarətdir.

Kapsulun sınaqları göstərib ki, məsələn, oksigen mədədə aktiv olaraq ayrılır, bundan sonra onun bağırsaqlarda konsentrasiyası enir. Kapsul bu informasiyanı hər 5 dəqiqədə simsiz kanal vasitəsilə mobil telefona ötürüb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024