“Ağıllı” döş nişanı hazırlanıb 2017-12-20 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

GIF-fayllar sosial şəbəkələrin milyonlarla istifadəçisi arasında populyarlıq qazanır. “BEAM Authentic” şirkətinin mütəxəssisləri bundan istifadə edərək “ağıllı” döş nişanı hazırlayıblar. Əslində onu döş nişanı adlandırmaq düzgün deyil. Çünki GIF-faylların ötürüldüyü AMOLED-ekrana malik elektron qurğudan söhbət gedir.

techcult.ru saytının məlumatına görə, ekranı 400x400 piksel təsvir ölçüsünə malik olan “BEAM” qurğusunun qalınlığı 10 mm, diametri isə 50 mm təşkil edir. O, gün ərzində tamamilə avtonom işləyə bilir. Qadceti işə salmaq üçün onu Bluetooth vasitəsilə smartfonla əlaqələndirmək lazımdır. Təsvirlər qurğuya həmin smartfondan yüklənir. Onun yaddaşına yüzlərlə statik və animasiyalaşdırılmış şəkillər yerləşir. Döş nişanını maqnitlərin köməyilə geyimə bərkitmək mümkündür.

Qurğunun daha bir funksiyası öncədən seçilmiş bir neçə abunəçiyə smartfonun koordinatlarının qeyd edildiyi həyəcan ismarıcının ötürülməsidir. Bunun üçün qadcetin düyməsini 10 saniyə sıxılmış vəziyyətdə saxlamaq lazımdır. “Ağıllı” qurğunun qiyməti 99 dollar təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023