Smartfonlar üçün özü bərpaolunan ekran yaradılıb 2017-12-20 11:23:00 / TEXNOLOJİ YENİLİKLƏR

Yaponiya alimləri smartfonlar üçün unikal ekran yaradıblar. Onlar özü bərpaolunan ekranın istehsalı zamanı tətbiq edilən xüsusi maddə kəşf ediblər. Material sıxlığı və işığın əks olunma dərəcəsinə görə şüşəni xatırladır. O, fiziki zədələnmə zamanı “özünü sağalda” bilir. Bərpa olunma müddəti yalnız zərbənin dərəcəsi və ya ciddiliyindən asılıdır.

actualnews.org saytının məlumatına görə, tədqiqatçılar daha əvvəl smartfonlar üçün oxşar material yaratmışdılar, lakin o, sadəcə cızıqlardan qurtula bilirdi. Yeni material isə yaranmış zədələri tamamilə aradan qaldıra bilir. Onun gələcəkdə devaysların istehsalı zamanı istifadə ediləcəyi gözlənilir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017