Süni intellekt 2020-ci ildə yeni iş yerləri yaradacaq 2017-12-19 15:00:00 / MARAQLI MƏLUMATLAR

“Gartner”in hesablamalarına görə, 2020-ci ildə süni intellektlə bağlı məşğulluğun dinamikasında əsaslı artım olacaq. Belə ki, süni intellekt 1,8 milyon iş yerini aradan qaldırmaqla yanaşı, 2,3 milyon yeni iş yeri yaradacaq.

nanonewsnet.ru saytının məlumatına görə, süni intellektin təsir edəcəyi iş yerlərinin sayı sahələrdən asılı olaraq dəyişəcək: 2019-cu ilədək səhiyyə, dövlət sektoru və təhsil sahələrində işçi qüvvəsinə tələbat daim artsa da, istehsal sektoru onu azaldacaq. 2020-ci ildən başlayaraq süni intellekt bütün sənaye sahələrində iş yerlərinin sayını artırmağa kömək edəcək.

Həmçinin süni intellekt bir çox iş yerlərinin məhsuldarlığını yaxşılaşdıracaq, milyonlarla orta və aşağı səviyyəli iş yerlərini ləğv edəcək, həmçinin bir o qədər yüksək ixtisaslı, idarəetmə, hətta aşağı profilli personal ilə bağlı yeni iş yeri yaradacaq.

“Gartner”dən bildirilir ki, İT-rəhbərlər yalnız iş yerlərinin proqnozlaşdırılan artımını nəzərə almamalıdır. Onlar süni intellektin dəstəyilə texnologiyada hər investisiya ilə hansı iş yerlərinin itiriləcəyini və ya yaradılacağını, həmçinin bunun əməkdaşların qarşılıqlı münasibətinə necə təsir edəcəyini bilməlidirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023