Ən kiçik mobil qurğu təqdim edilib 2017-12-15 11:51:00 / MARAQLI MƏLUMATLAR

“Clubit New Media” şirkəti kiçikölçülü “Zanco Tiny T1” mobil telefonunu təqdim edib. İstehsalçılar bu telefonun dünyada ən kiçik mobil qurğu olduğunu iddia edirlər. Kiçik ölçüsünə baxmayaraq, qadcet zəng edə və ismarıc göndərə, başqa sözlə, istənilən mobil telefonun əsas funksiyalarını yerinə yetirə bilir.

4pda.ru saytının məlumatına görə, “Zanco Tiny T1”in ölçüləri 46,7x21x12 mm təşkil edir. Nano formatlı SIM kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək əlaqə nömrəsi, 50 zəng və 50 ismarıcı yadda saxlamaq imkanına malikdir.

“Zanco Tiny T1” 12,5 mm-lik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya “2G” üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir. Qurğunu “Kickstarter” platformasından 40 dollara sifariş etmək olar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024