Jurnalistlər robotlarla əməkdaşlığa başlayıblar 2017-12-14 11:00:00 / MARAQLI MƏLUMATLAR

Böyük Britaniyada fəaliyyət göstərən qəzet redaksiyaları insanlar və proqramların birgə yazdıqları materialları dərc etməyə başlayıblar. Bu kimi qeydlər İnternetdə populyarlaşsa da, maşın intellekti hələ ki, bioloji intellekti əvəz edə bilmir.

nanonewsnet.ru saytının məlumatına görə, noyabrın sonunda “Press Association” informasiya agentliyi və “Urbs Media” startapının təşəbbüsü ilə Böyük Britaniyada onlarla regional nəşriyyat insanlarla yanaşı, maşınların da müəllifi olduqları materialları dərc etməyə başlayıb. Ən çox istifadə edilən köməkçi “RADAR” (The Reporters and Data Robots) olub. Bu proqram təminatı materialın kompüter üçün hazırlanması üzrə gündəlik işin əsas hissəsini görməyə imkan verir.

“Digital News Initiative” layihəsi çərçivəsində maliyyələşdirilən sistemin istehsalçıları iddia edirlər ki, əsas məqsəd redaksiyalar və maşınlar arasında əməkdaşlığa imkan yaratmaq idi. Hələ ki, xəbər avtomatik rejimdə bütünlüklə yazılmır. Lakin proqram ayrı-ayrı abzasları yaza bilir. Onları rəhbərliklə razılaşdırdıqdan sonra nəşrə hazırlanan materiallara daxil edirlər.

“RADAR” artıq bir çox məqalələrin həmmüəllifi olub. “Financial Times” qəzetinin məlumatına əsasən, 35 qəzetin jurnalistləri faktiki olaraq, jurnalistikanın yeni erasına daxil olublar. Onlardan 20-si artıq maşınlarla əməkdaşlığa başlayıb.

“Bu, bizim üçün jurnalistika sahəsində vəziyyəti həqiqətən dəyişdirən hadisə ola bilər”, – deyə yeni texnologiyadan istifadə etməklə yazılmış bir neçə məqalənin dərc edildiyi “Newsquest” qəzetinin direktoru Tobi Qranvil bildirib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017