Yeni alqoritm robotların toqquşmasının qarşısını alacaq 2017-11-27 10:15:00 / MARAQLI MƏLUMATLAR

Toqquşmaların aşkar edilməsinin daha sürətli alqoritmi robotlara operativ və effektiv işləməyə imkan verəcək. Kaliforniya Universitetinin mühəndisləri bildirir ki, “Fastron” adlı alqoritm toqquşmaların aşkar edilməsinin mövcud alqoritmləri ilə müqayisədə 8 dəfə daha sürətli işləyir. O, robotlara  real vaxt rejimində mürəkkəb və tez dəyişən mühitlərdə hərəkət etməyə kömək üçün maşın təlimindən istifadə edir.

aiportal.ru saytının məlumatına görə, “Fastron” alqoritmi insanlarla birlikdə işləyən robotlar üçün faydalı olacaq. Həmçinin evlərdə, oyun və kino sənayesində istifadə olunan robotlar üçün tətbiq oluna bilər. Hazırda tədqiqatçılar yeni alqoritmin əl cərrahlarına mane olmadan köməkçi məsələləri yerinə yetirən avtomatlaşdırılmış əl - da Vinci cərrahlıq sisteminin işini yaxşılaşdıra biləcəyi ilə bağlı araşdırmalar aparırlar.

Alqoritm konfiqurasiya sahəsi və ya robotun tutacağı bütün mümkün vəziyyətləri göstərən sahəni təşkil edən C-sahələrin modelini yaradır və C-sahəni modelləşdirir. O, С-sahədə abstrakt maneələri təsvir edən sxem yaradaraq toqquşma nöqtələri və toqquşma olmayan nöqtələr arasında sərhədi müəyyən edir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017