Virtual sərgi ziyarətçiləri ötən əsrin 20-ci illərinə aparacaq 2017-11-24 14:15:00 / MARAQLI MƏLUMATLAR

London Müasir İncəsənət Qalereyası “HTC” şirkəti ilə birgə yeni formatlı interaktiv sərgi təşkil edib. Sərgi ötən əsrin əvvəllərində Parisdə yaşayıb-yaradan italyan rəssam Amedeo Modilyaninin yaradıcılığına həsr edilib. Ziyarətçilər ekspressionistin rəssam atelyesini virtual reallıqda görmək imkanı əldə edəcəklər.

enciklopediya-tehniki.ru saytının məlumatına görə, layihə “HTC” şirkətinin yaradıcılıq və onun qavranılması üsullarını dəyişdirmək üçün nəzərdə tutulmuş “Vive Arts program” adlı geniş proqramının bir hissəsidir. Bu layihə üçün Modilyaninin əsərləri təsadüfi seçilməyib, çünki 1917-ci ildə Fransa hakimiyyəti onun sərgisini bağlayıblar. Orada ədəbsiz eksponatlar yer alırdı, rəssamın şəxsiyyəti bir-birinə zidd hisslər doğururdu. Modilyaninin atelyesinə virtual tur müasir tamaşaçının o zamankı xadimləri anlaması üçün təşkil edilib. Ziyarətçilər “Vivo” qarniturunun köməyilə rəssamın yaşayıb-yaratdığı dünyanı həm görə, həm də ona “toxuna” biləcəklər.

Virtual tur zamanı, həmçinin Modilyaninin son iki rəsm əsərinin addım-addım yaradılmasını izləmək mümkün olacaq. Bütün detallar tarixçilər və sənətşünaslarla diqqətlə razılaşdırılıb, rəqəmsallaşdırma zamanı o dövrün real predmetləri və sənədli şəkillərdən istifadə olunub. Sərgi növbəti ilin yazına qədər davam edəcək, virtual tur isə bir müddət sonra “Vivo” qarniturları üçün mağazada əlçatan olacaq.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017