Yeni sistem istənilən avtomobili pilotsuz idarə etməyə imkan verəcək 2017-11-24 15:10:00 / MARAQLI MƏLUMATLAR

Startap istənilən maşına avtopilot funksiyasını əlavə edən qurğular dəstini təqdim edib.

Artıq avtomobili avtonom sürmə texnologiyalarının üstünlüklərini sınaqdan keçirmək üçün müasir və bahalı avtomobillər axtarmaq lazım deyil. Torontonun (Kanada) “X-Matik” startapı istənilən avtomobili pilotsuz sürmə funksiyası ilə təchiz etməyə imkan verən “LaneCruise” sistemini təqdim edib.

Qurğu bir neçə əsas hissədən ibarətdir: “Brainbox” mərkəzi prosessoru, ön kamera və istifadəçinin sensorlu interfeysi, həmçinin sükan çarxı üçün ötürücülər, tormoz və qaz pedalı üçün qurğular.

naked-science.ru saytının məlumatına görə, “LaneCruise” nəqliyyat vasitəsinin ətrafındakı obyektlərin aşkar edilməsi üçün irəliyə baxan və arxa görüntü güzgüsünün altında quraşdırılmış kameralardan istifadə edir. Sistemin “beyni” və ya “Brainbox” sürücünün oturacağının altında quraşdırılmışdır. O, kameralardan gələn informasiyanı emal edir. Sonra “Brainbox” qərar qəbul edərək sükan çarxı üçün ötürücülər və pedal qurğularına idarəedici siqnallar göndərir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024