Rahat yuxu üçün simsiz qulaqlıqlar 2017-11-22 11:15:00 / TEXNOLOJİ YENİLİKLƏR

Səs-küyü tamamilə boğan və sürətli yuxuya getməyə imkan yaradan xüsusi simsiz qulaqlıqlar hazırlayıb.

ABŞ-ın “Bose” şirkəti keyfiyyətli səs üçün audiokomponentlər, qulaqlıqlar, akustik sistemlər və bir çox digər qurğular istehsal edir. Lakin ilk dəfədir ki, istehlakçıların sakit yuxusunu təmin edən xüsusi qulaqlıqlar istehsal ediblər.

popmech.ru saytının məlumatına görə, 2018-ci ilin fevralında satışa çıxarılacaq bu qurğular bütün yad səs-küyləri udmaqla yanaşı, həm də öz sahibinə sakitləşdirici səslər təqdim edirlər. Bunun üçün qulaqlıqlar Bluetooth vasitəsilə smartfona qoşulur və səsi, onun davam etmə müddəti və gurluğunu seçməyin mümkün olduğu mobil əlavənin köməyi ilə idarə olunurlar. 

Bundan başqa, qulaqlıqlar zəngli saat siqnalı funksiyasına da malikdirlər. Kraudfaundinq şirkətinin köməyi ilə “Bose” şirkəti qulaqlıqların istehsalı üçün planlaşdırılan 50 min dolların əvəzinə doqquz dəfə çox vəsait toplayıb. İlkin sifarişlər üzrə qadcetin dəyəri 150 dollar təşkil edir. Seriya versiyası isə artıq 250 dollar dəyərində olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024