İT əməkdaşları arasında ən populyar şirkətlər 2017-11-03 10:00:00 / MARAQLI MƏLUMATLAR

“SpaceX” və “Google” şirkətləri informasiya texnologiyaları (İT) sahəsində çalışan əməkdaşlar arasında ən populyar şirkətlərin onluğuna başçılıq edir. Bu barədə “Hired” iş axtarışı servisinin apardığı tədqiqatda məlumat verilir.

igate.com.ua saytının məlumatına görə, “Hired” mütəxəssisləri texniki sahədə çalışan 2340 ABŞ vətəndaşı, eləcə də Böyük Britaniya, Sinqapur, Kanada və Avstraliya vətəndaşlarının rəyini öyrəniblər. Servis nümayəndələri rəyi soruşulanlardan yerli şirkətlərə maraq səviyyəsini qiymətləndirməyi xahiş ediblər. Bundan başqa, onlara əməkdaşlıq etmək arzusunda olduqları digər ölkələrin şirkətlərini sadalamaq təklif olunub.

Tədqiqatın nəticələrinə əsasən, ABŞ-ın 10 şəhərində, eləcə də London (Böyük Britaniya), Sidney və Melburn (Avstraliya) və Sinqapurda İT əməkdaşları arasında ən populyar şirkətlərin adları məlum olub.

Kanadanın Toronto şəhərinin sakinləri əsasən “Shopify” elektron ticarət platformasını yaradan startapda çalışmaq istədiklərini bildiriblər. Onun indeksinin 85 bənd təşkil etməsi şirkətə ümumi reytinqdə üçüncü yeri tutmağa imkan verib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024