Məlumatların saxlanılmasının unikal metodu hazırlanıb 2017-11-02 15:30:00 / TEXNOLOJİ YENİLİKLƏR

Vaşinqton Universitetinin alimləri qeyri-adi informasiya daşıyıcısı – məlumatları bilavasitə paltara “köçürməyə” imkan verəcək “ağıllı” parça yaradıblar.

news.rambler.ru saytının məlumatına görə, perspektivli layihə texnologiya dünyasında çevriliş edə bilər. Çünki artıq informasiyanı “sap”larda saxlamaq mümkündür. Bu, məsələn, şəxsiyyətin təsdiq edilməsi üçün əlavə qadcet və qurğuların tətbiqinin tələb olunduğu zonalara giriş üçün lazım ola bilər. Yeni metod oktyabrın 25-də keçirilən elmi simpoziumda təqdim edilib. “Sap”ın bu xüsusiyyətləri hələ 2 il əvvəl kəşf edilsə də, texnologiya yalnız indi nəzəriyyədən təcrübəyə çevrilə bilib.

Vaşinqton Universitetinin professoru, layihənin rəhbəri Şyam Qollakotanın sözlərinə görə, bu üsul informasiyanın hesablanması metodlarını dəfələrlə ucuzlaşdırmağa imkan verəcək. Bunun üçün yalnız qiyməti çox da yüksək olmayan sadə maqnitometr lazım olacaq. Bu qurğu praktik olaraq, hər bir yeni smartfonda var.

Alimlər “ağıllı” parçadan başqa, məlumatları saxlaya biləcək düymə və digər aksessuarların da hazırlanmasını planlaşdırırlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023