“Amazon” yeni çatdırılma xidmətini istifadəyə verib 2017-10-26 15:00:00 / MARAQLI MƏLUMATLAR

“Amazon” İnternet-mağazası “ağıllı ev” prinsiplərinə əsaslanan “Amazon Key” xidmətini istifadəyə verib. İnnovasiya şirkətin kuryerlərinə məhsulları mənzil sahibi evdə olmadıqda belə evlərə çatdırmağa imkan verir. Bu zaman “Amazon” tam təhlükəsizliyə zəmanət verir.

planet-today.ru saytının məlumatına görə, istifadəçi “Cloud Cam” kamerası və “ağıllı” kiliddən ibarət xüsusi “Amazon Key” dəstini əldə edir. Mütəxəssislər bu qurğuları ödənişsiz olaraq mənzildə quraşdırırlar. Bundan sonra istifadəçi evdə olmasa da, heç bir narahatlıq keçirmədən məhsulları və ya xidmətləri sifariş edə bilər. “Amazon Key” həmçinin ailə üzvləri üçün kifayət qədər təhlükəsiz “ağıllı” kiliddir.

Yeni xidmətin yeganə mənfi cəhəti hələ ki, yalnız ABŞ ərazisində əlçatan olmasıdır. Gələcəkdə xidmətin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024