Çin öz Silikon Vadisini inşa edəcək 2017-10-25 15:06:00 / MARAQLI MƏLUMATLAR

Çinin İT-şirkətləri sürətlə inkişaf edir və onların sayı durmadan artır. Ölkədə artıq yüzlərlə süni intellekt istehsalçısı var. Bir çox istehsalçılar innovativ qurğuların yaradılması üzərində çalışırlar və daim yeni proqram məhsullarını yaradırlar. Biotexnoloji şirkətlərin, bərpa olunan və təmiz enerji sahəsi ilə məşğul olan startapların da sayı artmaqdadır. Onları rahat və müasir mühit yaradaraq vahid bir məkanda yerləşdirmək lazımdır ki, inkişaf edə və səmərəli işləyə bilsinlər. Bunun üçün 2017-ci ilin aprelində Pekinin cənubunda Silikon Vadisinin Çin analoqu olan Syunyan şəhərinin inşa edilməsinə qərar verilib. Məqsəd müasir İT-şirkətləri layihəyə cəlb etmək və onları “yerli” yaşayış ilə təmin etməkdir.

hi-news.ru saytının məlumatına görə, ilk rezident şirkətlərdən biri aerokosmik texnologiyalar və səhiyyə sahəsində rəqəmsal layihələr hazırlayan “Kuang-Chi Group” şirkəti olub. Onun filialı Syunyanda yeni materialların axtarışı ilə məşğul olacaq. “China Mobile”, “Baidu”, “Tencent”, “Alibaba” kimi böyük şirkətlər də Syunyana köçmək istədiklərini bildiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024