Uşaqların maarifləndirilməsi üçün robot-pişik təqdim edilib 2017-10-24 16:00:00 / MARAQLI MƏLUMATLAR

Ən gənc auditoriyada proqramlaşdırma və robot texnikasına maraq oyatmaq üçün uşaqları öyrədə bilən robot-pişik təqdim edilib.

hi-news.ru saytının məlumatına görə, robopişik hazırda Soçidə keçirilən Gənclər və Tələbələrin Ümumdünya Festivalında təqdim edilib. Robot hər biri gənc istifadəçi tərəfindən proqramlaşdırıla bilən çox sayda sensor ilə təchiz edilib. Qurğu özündə səs, hərəkət tənzimləyicilərini, həmçinin robotun ayrı-ayrı hissələrinin hərəkətini təmin edən bir çox mexaniki elementləri ehtiva edir. 

Hazırda mövcud olan istənilən proqramlaşdırma dilində və ya proqramlaşdırma ilə tanış olmayanlar üçün qarşılıqlı təsiri sadələşdirən xüsusi proqramın köməyi ilə robot-pişiyə əmrlər vermək mümkündür.

Bu robot informatika, riyaziyyat, musiqi və biologiya kimi fənnlərin öyrənilməsində 8-14 yaş arası uşaqlara kömək üçün yaradılıb. Uşaq pişiyi sığalladıqda pişiyin gözlərini qırpmağa başlaması və s. üçün proqram yaza bilər. Hazırda robotun təhsil müəssisələrində tətbiqi üçün kurslar işlənilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024