Android qurğuları insanların iş tərəfdaşı olacaq 2017-10-19 12:33:00 / MARAQLI MƏLUMATLAR

Yaponiyanın “Hiroshi Ishiguro Laboratories” şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə “robot-androidlər” insanları əvəz etməklə yanaşı, həm də onların iş tərəfdaşları olacaq.

“Biz artıq “robot-android”ləri xəbər aparıcısı, qapıçı, mağazalarda canlı maneken, ofisiant qismində istifadə edirik. Bu qurğular heç vaxt yorulmur, insanın isə taqəti tez qurtarır”, – deyə Xirosi məlumat verib. O, bildirib ki, “robot-android”lər bütün lazımi məlumatları böyük həcmli informasiyanın toplanılması və emalı sistemi vasitəsilə əldə edirlər.

ria.ru saytının məlumatına görə, hazırda İsiquro görünüşcə özünə oxşayan robotdan işçi məqsədlə istifadə edir: android professoru əvəz edir və onun əvəzinə mühazirə oxuyur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024