Ürəyin “ölüm” tarixini öncədən xəbər verən analiz 2017-10-18 15:10:00 / MARAQLI MƏLUMATLAR

Bir çox kliniki tədqiqatlar sağlamlıq vəziyyətinin dəyişikliyini proqnozlaşdırmağa imkan verir. Bir müddət öncə ABŞ-ın Cons Hopkins Universitetinin alimləri mitoxondridə şifrələnmiş informasiyanın insanın ürək xəstəliklərindən vəfat etmə riskinin nə qədər olduğu haqqında məlumat verdiyini elan ediblər. 

nanonewsnet.ru saytının məlumatına əsasən, tədqiqatların nəticələri “JAMA Cardiology və European Heart Journal”da dərc edilib. Hazırlanmış test yalnız insanı qəfil ölümün gözlədiyini xəbər vermir, həm də onun qarşısını almağa (məsələn, öncədən müalicəyə başlamaqla) imkan verir. Alimlərin araşdırmalarına görə, insanda mitoxondrial DNT-nin surəti nə qədər az olarsa, ürək xəstəliklərindən ölüm riski o qədər yüksək olur.

Doktor Den Ekrinqin rəhbərlik etdiyi komanda demək olar ki, mitoxondrial DNT-nin surətlərinin sayının ölçüldüyü və DNT nüvələrin sayı ilə müqayisə aparıldığı 22 min pasiyentin genetik məlumatlarını toplayıblar. Bütün məlumatlar hazırda ürək xəstəliklərinin diaqnostikasında “qızıl standart” hesab olunan kardioloji kalkulyatora daxil edilib. O, arterial təzyiq, xolesterinin səviyyəsi və siqaret çəkmə stajı, ürək döyüntüsünün sürəti və s. meyarları nəzərə alır.

Yeni DNT meyarının əlavə edilməsi risk qrupuna daxil olmamış 6 insanda növbəti 5 il ərzində ürək tutması barədə öncədən məlumat verməyə imkan verib. 139 insan isə, onlara yazılmış sağlamlıq üçün ziyansız statinaminin profilaktik müalicəsini dayandırıblar. İkinci tədqiqat nəticələri təsdiq edib: alimlər 11 min pasiyentdə mitoxondrial DNT-nin surətlərinin sayını ölçüblər və 20 il ərzində bu göstəricinin aşağı düşdüyü 361 insanın qəfil ürək dayanmasından vəfat etdiyini aşkar ediblər.

“Biz hesab edirik ki, mitoxondrial DNT-nin surətlərinin sayı ürək-damar xəstəlikləri riski amillərinin yeni markeridir. Onların sayı təcili olaraq müalicəyə başlamaq ehtiyacını göstərə bilər. Biz bu metodun köməyi ilə yaxın zamanda qəfil ürək “ölümü” riskinə meyilli insanları aşkar edəcək test hazırlaya bilərik”.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024