Sahibinin sağlamlıq vəziyyətini izləyən robot 2017-10-09 11:15:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Catalia Health” şirkəti sahibinin sağlamlıq vəziyyətini izləyən robot hazırlayıb. “Mabu” müəyyən vaxt ərzində pasiyent haqqında informasiyanı toplayır və fərdi yanaşma metodunu tətbiq edir.

futurist.ru saytının məlumatına görə, robot hər gün sahibinin özünü necə hiss etdiyini soruşur və ondan orqanizmdə yaranan problemləri aşkar etməyə kömək edəcək bir sıra suallara cavab verməsini xahiş edir. “Mabu” pasiyentə dərman qəbulunu xatırladır və onun haqqında topladığı məlumatlara əsaslanaraq müəyyən məsləhətlər verir. Bir gün ərzində toplanmış informasiyanı sahibini müalicə edən həkimə göndərir.

İstehsalçılar robotla ünsiyyətin daha rahat olması üçün onu hərəkət sensorları ilə təchiz ediblər. Bunun sayəsində “Mabu” həmsöhbəti ilə göz təması qura bilir. Robotun yaradılması ilə bağlı startapa hələ 2015-ci ildə start verilmişdi, lakin artıq alıcılara “Mabu”nun sınaq versiyası təklif edilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024