İlk sərnişin dronları 2018-ci ildə satışa çıxarılacaq 2017-10-03 15:48:00 / MARAQLI MƏLUMATLAR

“Passenger Drone” şirkəti artıq növbəti ildə sərnişin daşımaları üçün nəzərdə tutulmuş ilk dronlarını satışa çıxarmaq niyyətindədir. Uçan avtonəqliyyat vasitəsi yüngül çəkisi, yığcamlığı və məsafədən idarə edilmə imkanı ilə fərqlənir. 16 pərlə təchiz edilmiş dronun ölçüsü təxminən kiçik avtomobillə eynidir.

mir24.tv saytının məlumatına görə, bir müddət əvvəl “Passenger Drone” uçan aparatının sınaqlarının başlanması haqqında məlumat vermişdi. 30 dəqiqə havada qala bilən pilotsuz taksinin sürəti 50 km/saata çatırdı.

Qeyd edilir ki, dronun prototipi artıq mövcuddur və müəssisədə daha 5 nümunə hazırlanacaq. Satışlara başlamazdan əvvəl onlar min saat davam edəcək sınaqdan keçiriləcək. Qurğunun dəyəri hələ ki, açıqlanmır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023