Smart zəngli saat 2017-10-02 10:11:00 / MARAQLI MƏLUMATLAR

“Amazon” şirkəti Echo Spot adlı “ağıllı” zəngli saatı təqdim edib.  Bu maraqlı smart qurğu 2,5 düymlük dairəvi ekran və videoəlaqə funksiyası ilə təchiz edilib.

hitech.vesti.ru saytının məlumatına görə, yenilik özündə Echo Dot və Echo Show “ağıllı” səsgücləndiricilərin üstünlüklərini birləşdirib: kiçik ölçüləri sayəsində zəngli saatı evdə istənilən yerə qoymaq olar. Qurğuya inteqrasiya edilmiş kamera ondan radio-dayə kimi də istifadə etməyə imkan verir. Məsələn, bu saat vasitəsilə yaşlı insanları müşahidə etmək və ya uşaqlara nəzarət etmək mümkündür.

İstehsalçıların sözlərinə görə, Echo Spot inteqrasiya edilmiş dinamiklərə malikdir, həmçinin kabel və ya Bluetooth vasitəsilə xarici səs mənbələrinə qoşula bilər. Zəngli saat Prime Music, Pandora, Spotify, iHeartRadio və TuneIn kimi musiqi xidmətlərini də dəstəkləyir.

Qeyd olunur ki, Echo Spot ABŞ-da 130 dollara satışa çıxarılıb. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023