“Google” eksperimental şəhər tikəcək 2017-09-22 09:37:00 / MARAQLI MƏLUMATLAR

“Google” korporasiyası şəhər mühitində yüksək texnologiyalı unikal innovativ yaşayış məntəqəsinin inşası ilə məşğul olacaq “Sidewalk Labs” şirkətini təsis edib.

popmech.ru saytının məlumatına görə, şirkət rəhbəri Deniel Doktoroff hazırda ABŞ-ın bir sıra şəhərləri üçün müxtəlif media platformalarının yaradılması üzrə layihələrə rəhbərlik edir.

“Sidewalk Labs” eksperimental yaşayış məntəqəsində şəhər mühiti sahəsində əhalinin yaşayış keyfiyyətini artırmaqla ekoloji şəraiti yaxşılaşdırmağa imkan verən yüksək texnologiyalı innovasiyalardan istifadəni planlaşdırır. Texnologiyalar həm nəqliyyat və infrastrukturu, həm də sosial sahə və idarəetmə sistemini əhatə edəcək.

Bildirilir ki, əvvəlcə şirkət poliqonda olduğu kimi, bütün texnoloji həllərin sınaqdan keçirildiyi kiçik ərazinin inşasını nəzərdə tutur. D. Doktoroffun sözlərinə görə, ərazi sonradan kompleks innovasiya laboratoriyasına çevriləcək bütöv şəhər olacaq. Unikal şəhərin harada inşa ediləcəyi barədə məlumat verilmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024