İlk kvant yaddaş mikrosxemi yaradılıb 2017-09-14 10:08:00 / TEXNOLOJİ YENİLİKLƏR

Alimlər məlumatların emalı və ötürülməsi üçün kvant supermövqeyi və kvant dolaşıqlığı hadisələrindən istifadə edən kvant kompüterlərə böyük ümid bəsləyirlər. Lakin indiyədək kvant yaddaş çipləri yaradılmamışdı.

Kaliforniya Texnologiya İnstitutunun əməkdaşları kvant informasiyasını kubitlərdə işıq şəklində saxlamaq imkanına malik ilk mikroprosessoru yaratmağa müvəffəq olublar. Mütəxəssislər bunu çox əhəmiyyətli addım hesab edirlər. Belə ki, bu kimi çiplər kvant hesablamaları texnologiyasında irəliləyiş əldə olunmasına şərait yaradacaq.

hi-news.ru saytının məlumatına görə, mikrosxem yaddaşın modullar massivini 0,7 mikrometrdə 15 ölçü ilə özündə saxlayır. Hərmoduldaxilində fotonututanvə saxlayanı optikelementiözündə ehtivaedir. Öncə mikrosxem 272,7 dərəcə C temperatura qədər soyudulur, sonra tədqiqatçılar yaddaşın modullarına fotonların çatdırılması üçün lazeri aktivləşdirirlər. Modullar 75 nanosaniyə boyunca fotonları saxlamaq imkanına malikdir. Bundan sonra isə işıq gedir. Çıxışda fotonlarda saxlanılan informasiya ilk informasiya ilə təsadüfi olaraq yoxlanılır. Sınağın nəticələrinə görə, cəmi 3 faiz səhv aşkar olunub. 

Ənənəvi kompüterlərin yaddaşında “bit” informasiyasının vahidi ya vahid şəklində, ya da sıfır şəklində saxlanılır. Kvant kompüterlər isə kubitlər – “kvant bitləri” şəklində təqdim edilmiş informasiya ilə işləyirlər. Bitlərdən fərqli olaraq, kubitlər yalnız sıfır və ya vahid deyil, həm də eyni zamanda bu və digərləri ola bilərlər. Bu isə, öz növbəsində, informasiyanı daha effektiv saxlamağa və emal etməyə imkan verir.

Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçılar komandası öz tədqiqatlarının nəticələrini “Science” jurnalında dərc ediblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024