Robot-polis vağzalda təhlükəsizliyə nəzarət edəcək 2017-09-12 10:05:00 / MARAQLI MƏLUMATLAR

Çinin Henan əyalətinin dəmiryolu vağzalında ilk robot-polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

ria.ru saytının məlumatına görə, robot-polis Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərir.

Təkərlər üzərində hərəkət edən ağ-qara robotun səthində çox sayda sensorlar quraşdırılıb. Robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, temperatur səviyyəsini skan edə və yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir.

Qeyd edək ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində çalışacaq.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017