3D-texnologiyaları qənaətli külək turbinlərini hazırlamağa kömək edəcək 2017-09-08 11:10:00 / MARAQLI MƏLUMATLAR

Almaniyanın “Totaro & Associates” şirkətinin baş direktoru Filipp Totaro hesab edir ki, printerlərdə çap edilmiş külək turbinləri iki il ərzində reallığa çevriləcək.

“Totaro & Associates” şirkəti daim yenilənən energetika sahəsində bazar tədqiqatları və konsultasiya xidmətləri ilə məşğul olur. Şirkət mütəxəssislərinin sözlərinə görə, bu gün elmi fantastika hesab edilən hadisə 2 ildən sonra reallaşacaq.

hightech.fm saytının məlumatında bildirilir ki, bu gün ştamplama texnologiyaları mükəmməl formanı əldə etməyə imkan vermir. Bu səbəbdən onlar həm həddindən artıq səs-küylü olur, həm də çertyojda nəzərdə tutulduğu kimi səmərəli nəticə vermir. 3D-çapı isə mühəndislərin hazırladığı mükəmməl formaları reallığa çevirə biləcək. Bu üsul ənənəvi texnologiyaların məhdudiyyətlərini aradan qaldıraraq daha yüngül materiallardan istifadə etməyə imkan verəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024