Təbəssümlə ödəniş etmək mümkün olacaq 2017-09-07 10:00:00 / MARAQLI MƏLUMATLAR

Çinin “Alibaba” şirkəti “Smile to Pay” sifətin tanınması sisteminin köməyilə ödəniş etmək texnologiyasını hazırlayıb.

futurist.ru saytının məlumatında bildirilir ki, “Alipay” adlı yeni xidmət Xançjou şəhərində yerləşən “KFC” kafesində sınaqdan keçirilir. Proses artıq tamamilə avtomatlaşdırılıb. Belə ki, alıcı rəqəmsal kioskdan istədiyi məhsulu seçir. Ödəniş etmək üçün isə sadəcə kameraya gülümsəmək və telefon nömrəsini söyləmək kifayət edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, sifətin tanınması sistemini alıcının fotoşəkili ilə aldatmaq mümkün deyil. Hər halda bu baş verərsə, şirkət bütün xərcləri ödəməyi üzərinə götürür.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017