Kvant 4D-kodlaşdırması texnologiyasının ilk sınaqları keçirilib 2017-08-31 11:20:00 / MARAQLI MƏLUMATLAR

İnformasiyanın ötürülməsi üçün kodlaşdırmanın ənənəvi texnologiyaları ikili say sistemindən istifadə edir. Bu halda, hətta hazırda inkişaf edən informasiyanın kvant ötürülməsi üsulları da məlumatların ikidəyişənli sisteminə əsaslanır. Dördölçülü kodlaşdırmanın isə, bu yaxınlarda ilk sınaqları keçirilib.

hi-news.ru saytının məlumatına əsasə, yeni tətbiq hər fotona dörd qiymətdən birini – 00, 01, 10 və 11 gətirməyə imkan verir. Kvant 4D-kodlaşdırması texnologiyasından istifadə ötürülən informasiyanın sayını bir neçə dəfə artırmağa imkan verir. Məlumatlar isə, təhlükəsizliyin daha yüksək səviyyəsinə malik olurlar. 

Son zamana qədər kvant 4D-kodlaşdırması texnologiyaları yalnız kiçik modellər şəklində reallaşdırılırdı. Lakin Ottava Universitetinin ekspertləri ilk real sınaqları müvəffəqiyyətlə keçiriblər. İnformasiyanın ötürülməsi bir-birindən 300 metr məsafədə yerləşən çoxmərtəbəli binaların damlarında yerləşdirilmiş baza stansiyaları arasında həyata keçirilib.

Hər iki stansiya onları pis hava şəraitindən qoruyan taxta qutuların içərisinə yerləşdirilib. Məlumatların ötürülməsi zamanı səhvlərin səviyyəsi 11 faiz təşkil edib ki, bu da təhlükəsiz kvant rabitə kanalının təşkili üçün tələb olunan səviyyədən aşağıdır. Sistem “adi” kvant kodlaşdırması sistemi ilə müqayisədə, 1,6 dəfə daha çox informasiya ötürə bilib.

Layihənin aparıcı tədqiqatçısı İbrahim Kəriminin sözlərinə görə, sınaqlar real şəhər şərtləri daxilində dünyada ilk çoxölçülü kvant kodlaşdırması texnologiyasının köməyi ilə keçirilmiş məlumatların ötürülməsi prosesi olub. Açıq havada işləyən kvant rabitə sistemi orbitdə peyklərlə və Yerdə müxtəlif bölgələrlə əlaqəni təmin etmək imkanına malikdir. Belə sistem hərəkət edən obyektlərlə (təyyarə və gəmilər kimi) təhlükəsiz əlaqənin təşkili üçün xidmət edə bilər.

Gələcəkdə aralıq stansiyalardan və uyğunlaşan optik sistemdən istifadə edərək məsafənin 5-6 kilometrə qədər artırılması planlaşdırılır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024