“Ağıllı” çanta təqdim olunub 2017-08-30 17:10:00 / MARAQLI MƏLUMATLAR

“PAIX Design” startap-şirkəti LED-ekran və ya foto və videokamera quraşdırıla bilən “ağıllı” “Mexxenger” çantasını təqdim edib.

İstehsalçıların sözlərinə görə, çanta özündə maraqlı dizaynı və yüksək funksionallığı birləşdirir. Hələlik çanta üçün 3 əlavə əlçatandır. Gələcəkdə yeni əlavələrin ortaya çıxacağı qeyd olunur. Bunlardan ilki müxtəlif rənglərlə istifadəçinin əhval-ruhiyyəsini əks etdirən fənərdir (Mood Torch). Fənər “PAIX app” mobil əlavəsinin köməyi ilə idarə olunur. İkincisi,  foto və video kimi çəkə bilən kameradır (Life Camera). Üçüncüsü isə, maqnitin köməyi ilə çantaya bərkidilən, emojiləri əks etdirmək və ya çanta smartfondan 3 metrdən çox məsafədə olduqda istifadəçini xəbərdar etmək imkanına malik “ağıllı” ekrandır. 

Bundan başqa, istehsalçılar qeyd edirlər ki, çantada simsiz enerji yükləməsi üçün xüsusi cib də mövcuddur.

popmech.ru saytının məlumatına görə, layihə artıq “Kickstarter” platformasında təxminən 85 min ABŞ dolları vəsait toplayıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024