“Apple” şirkəti yeni məhsullarını təqdim edəcək 2017-08-30 12:05:00 / MARAQLI MƏLUMATLAR

“Apple” şirkəti yeni qurğularının ənənəvi payız təqdimatını 12 sentyabr tarixinə təyin edib.

hitech.newsru.ru saytının məlumatına görə, təqdimat Stiv Cobs adına teatrda keçiriləcək. Teatr “Apple” şirkətinin hələ tamamlanmamış kampusunda yerləşir.

Şirkət tədbir zamanı “iPhone 8”, “iPhone 7s” və “7s Plus” smartfonlarını, “Apple Watch 3” “ağıllı” saatını və yeni “Apple TV” televizor əlavəsini təqdim edəcək. Bununla yanaşı, iyunda anons edilmiş “iOS 11”, “macOS High Sierra”, “watchOS 4” və “tvOS 11” platformalarının rəsmi elan olunması güman olunur.

Smartfonun 5,8 düymlük çərçivəsiz “AMOLED” displey, sahibinin sifətini tanıyan 2 ədəd ön kamera və simsiz enerjidoldurma texnologiyası ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, “iPhone 8”in  “Home” düyməsindən imtina olunacağı ehtimal olunur. Onun funksionalı smartfonun ekranının aşağı hissəsində əlçatan olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024