Böyük Britaniyada ən kiçik robot-cərrah hazırlanıb 2017-08-24 10:50:00 / MARAQLI MƏLUMATLAR

Böyük Britaniyanın tibbi avadanlıqların istehsalı üzrə ixtisaslaşmış “Cambridge Medical Robotics” şirkətinin mühəndisləri öz böyük “qohumları” ilə rəqabət etmək imkanına malik və zərif əməliyyatların aparılması üçün nəzərdə tutulmuş sərfəli, yığcam və təcrübəli robotun hazırlandığını elan ediblər. 

İstehsalçıların sözlərinə görə, Versius adlandırılan yeni robotun qiyməti analoji qurğularla müqayisədə, demək olar ki, iki dəfə aşağıdır.

Robot pasiyentin bədənində böyük kəsiklər etmək tələb olunmayan, yalnız bir santimetrə qədər diametr ölçülü kiçik deşiklər açmağın kifayət etdiyi əməliyyatları həyata keçirə biləcək. Bu kimi əməliyyatlar incəlik tələb etdiyinə görə, robot çox elastik olacaq. Onun manipulyatoru xüsusiyyətlərinə görə insan əlini xatırladır. Robotun bütün hərəkətlərini ona qoşulmuş üçölçülü ekranda izləmək mümkündür. Bu cərrah-operatora hər şeyi daha sürətli və effektiv etməyə imkan verəcək.

hi-news.ru saytının məlumatına əsasən, kiçik robot-cərrahın işçi prototipi artıq növbəti ilin sonunadək təqdim olunacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024