Rəqs edən robotlar dünya rekordu qırıb 2017-08-21 10:15:00 / MARAQLI MƏLUMATLAR

Çinin “WL Intelligent Technology” şirkəti çox sayda sinxron rəqs edən robotları sayəsində dünya rekordu qırmağa müvəffəq olub. Belə ki, “Dobi” adlı 1069 robot operatorun nəzarəti altında sinxron rəqs etmək və yeni dünya rekordu qırmaq üçün bir araya toplanıb.

popmech.ru saytının məlumatına görə, rekord Ginnesin Rekordlar Kitabına daxil edilib. Bundan öncəki rekordu isə, 1007 sinxron rəqs edən robot həyata keçirib.

Qeyd edək ki, bununla yanaşı, kiçik “Dobi” robotları ifa edə, həmçinin boks və kunq-fu ilə məşğul ola bilirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024