DARPA “çipletlər” əsasında modulyar kompüterlər hazırlayacaq 2017-08-29 14:41:00 / MARAQLI MƏLUMATLAR

“Xerox” şirkətinin bölməsi olan “Palo Alto Research Center”in mühəndisləri tərəfindən hazırlanmış “çipletləri” (ənənəvi mikrosxemlərin konsepsiyasını andıran incə silisium plastinkalar) xüsusi printerlərin köməyilə yastı səth üzərinə yerləşdirmək mümkündür. ABŞ hərbi agentliyi DARPA bu texnologiya ilə ciddi olaraq maraqlanıb. Yeni layihə “çipletlərin” müxtəlif dəstləri əsasında modulyar kompüterlərin yaradılmasını nəzərdə tutur.

DARPA “çipletlərin” gələcəyini belə görür: təsvirlərin sürətli işlənməsi üçün sistem lazım olarsa, o, uyğun “çipletlərdən” toplanacaq. Peyk üçün ana plata lazım olarsa, yalnız bir “çipleti” digəri ilə dəyişdirmək kifayət edəcək.

Hərbi agentliyin rəsmi saytında layihənin mahiyyətini təfərrüatı ilə təsvir edən PDF-sənəd yerləşdirilib. Lakin bütün bunlar hazırlığın çox erkən mərhələsidir.

hi-news.ru saytının məlumatına görə, hələ ki, çipletlərin ölçüsü və forması məlum deyil. Güman olunur ki, onları yalnız zavod şəraitində xüsusi avadanlıqlar vasitəsilə dəyişdirmək mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024