Partlayıcı maddələri iyinə görə aşkarlaya bilən kompüter yaradılıb 2017-08-29 09:48:00 / TEXNOLOJİ YENİLİKLƏR

Nigeriyalı alim Oşi Agabi (Oshi Agabi) Tanzaniyada keçirilən TedGlobal konfransında bu ixtirası haqqında geniş məlumat verib.

Yeni yaradılmış sistem silikon nüvə əsasında deyil, siçan neyronlarının şəbəkələri əsasında işləyir.  Alim bildirib ki, bu sistem gələcəkdə  hava limanlarında ənənəvi təhlükəzislik prosedurunu əvəz edə bilər.

“Koniku Kore” adı verilən qurğu gələcəkdə robotlar üçün beyin təmin edəcək.

Kompüterlərin mürəkkəb riyazi hesablamalarda insan beynindən daha sürətli olduğu məlumdur, lakin bəzi idraki funksiyalarda insan beyni çox üstündür. Misal olaraq kompüterə qoxunun tanıdılması üçün həddindən artıq riyazi hesablama və enerji tələb olunur.

Cənab Agani ötən il öz start-up layihəsi olan “Koniku”-unu işə salıb. Bu layihənin gəlirləri artıq 1 milyon dolları keçmişdir. O  iddia edir ki, layihə təhlükəsizlik sənayesində 10 milyon dollara yaxın gəlir əldə etmək perspektivinə malikdir.

“Koniku Kore” qoxuları təyin edən və tanıyan canlı neyronlarla silikonun birləşməsindən ibarət olan bir qurğudur.

“ Neyronlara nə edəcəkləri barədə xüsusi təlimatlar vermək olar və bizdə onlara partlayıcı maddələri tanıyacaq məxsusi qoxu reseptorlar quraşdırdıq “ deyə  alim bildirib.

Alim təklif edir ki, bu tip cihazların hava limanların müxtəlif nöqtələrində diqqətli şəkildə istifadə olunması təhlükəszilik yoxlanışı zamanı növbələrin azaldılmasını təmin edəcəkdir.

Partlayıcı maddələrin tanınmasından əlavə qurğu həmçinin səyahət edən sərnişinlərin nəfəs alması zamanı buraxdıqları hava molekullarını tərkibini analiz edərək sərnişinin hansı xəstəliyə yoluxduğunu detektorlar vasitəsilə təyin edə bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024