Hər gün 1 milyard insan WhatsApp-dan istifadə edir 2017-07-28 11:00:00 / MARAQLI MƏLUMATLAR

WhatsApp messencerinin komandası növbəti rekordu haqqında məlumat verib. Onun bir günlük auditoriyası (proqramdan ən azı gündə bir dəfə istifadə edən insanların sayı) 1 milyarda çatıb. Beləliklə, planetdə hər 7-8-ci insan Facebook sosial şəbəkəsinə aid olan proqramın istifadəçisidir.

hitech.vesti.ru saytının verdiyi məlumata görə, WhatsApp-da hər gün 55 milyard mətn mesajı, 4,5 milyard fotoşəkil və 1 milyard video göndərilir. Proqram 60 dildə əlçatandır.

Hələ il yarım öncə, 2016-cı ilin fevral ayında WhatsApp idarəçiləri messencerin auditoriyasının 1 milyarda çatdırılması haqqında danışırdılar. Bu gün isə artıq messencerin auditoriyası 1,3 milyard insandan ibarətdir.   

Müqayisə üçün qeyd edək ki, Facebook-un digər xidmətlərinin aylıq auditoriyası belədir: Instagram — 700 milyon, Messenger — 1,2 milyard,  Facebook sosial şəbəkəsi isə — 2 milyard.

Beləliklə, Mark Zukerberqin əsasını qoyduğu şirkət şəxsi kommunikasiyalar bazarında şübhəsiz dünya lideridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024