“Ağıllı” üzük şəhadət barmağını telefona çevirəcək 2017-07-26 16:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Kickstarter kraudfaundinq platformasında sahibinin barmağını qarnitura çevirmək bacarığına malik “ağıllı üzük üçün vəsait yığımı üzrə kampaniyaya start verilib.

Kifayət qədər böyük üzükdən ibarət Orii adlı qurğu şəhadət barmağına taxılır və Bluetooth-un köməyi ilə smartfonla sinxronlaşdırılır.

Üzüyün işi sümük keçiricilik qabiliyyətinə əsaslandırılmışdır. Belə ki, zəng daxil olduqda Orii-nin sahibinə barmağını qulağına qoymağı kifayətdir, sonra o həmsöhbətini eşidəcək. Bu halda hətta güclü səs-küy olarsa belə, yaxşı eşidilmə təmin olunur.

hitech.newsru.com saytının verdiyi məlumata görə, üzük, həmçinin Siri və Google Now səs köməkçilərinin xidmətlərindən istifadə etməyə imkan verir. Smartfonu cibdən çıxartmadan, Orii-in iOS və Android üçün nəzərdə tutulmuş proqramının köməyilə üzüyə xəbərdarlıqların göndərilməsini təmin etmək mümkündür. Bildiriş qurğuya inteqrasiya edilmiş LED-indikator vasitəsilə qəbul olunur. Orii-nin avtonom iş vaxtı gözləmə rejimində 45 saat təşkil edir.

Layihə kraudfaundinq platformasında minimum 30 min dollar lazım olduğu halda 135 min ABŞ dolları yığmışdır. Kampaniya avqustun sonuna kimi davam edəcək, Orii-in sifarişçilərə çatdırılmalarına isə 2018-ci ilin fevralında başlanılacaq. Kickstarter-də bir üzüyün dəyəri 119 dollar təşkil edir.

Qeyd edək ki, Orii ilk belə qurğu deyil. Ötən ilin payızında oxşar funksionallığa malik olan Sgnl qolbağının istehsalı üçün Kickstarter-də kifayət qədər məbləğ yığılmışdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023