Fiziki məhdudiyyətli insanlar üçün yeni sistem yaradılacaq 2017-07-20 17:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Sistem görmə və eşitmə qabiliyyətini itirmiş insanlara məkanda öz səmtlərini müstəqil müəyyənləşdirməyə kömək etmək məqsədilə hazırlanıb.

Rusiyanın “Бизнес Бюро” şirkətinin mühəndisləri görmə və eşitmə qabiliyyətini itirmiş insanlara məkanda səmti daha asan müəyyənləşdirmək üçün sistem hazırlayıblar. Sistem məlumatların emalının çoxkanallı kompleksindən ibarətdir. Beləliklə, vizual və səsli informasiya fiziki məhdudiyyətli insanların asanlıqla qəbul edə biləcəyi məlumata çevrilir.

planet-today.ru saytının məlumatına görə, qurğu iki blokdan ibarətdir. Blokun biri xarici məlumatları qəbul etmək üçün nəzərdə tutulub, həmçinin kamera və mikrofonla təchiz edilib. Digəri isə birinci blok tərəfindən alınan məlumatların interpretasiyasına cavabdehdir. 

Qeyd olunur ki, kompleks ev, maneə və yol nişanları kimi ən müxtəlif obyektləri tanımağa imkan verir. Sistemin səslərin tanınması sahəsində də imkanları yüksəkdir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017